Ukraynada şahinə “Bayraktar” adı verdilər – VİDEO

Ukraynada şahinə “Bayraktar” adı verdilər – VİDEO

Ukraynada 28-ci İxtisaslaşmış Atıcı Briqadasının hərbçiləri şahin quşuna “Bayraktar” adı veriblər.

ARANTV.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Cənub” Ordu Komandanlığının “Facebook” səhifəsindən məlumat verilib.

Hərbçilər yaralı quşu müalicə edib, qanadlı isə öz növbəsində minnətdarlıq hissi ilə Ukrayna müdafiəçilərin keşiyini çəkməyə başlayıb.