Gündəm 

Pambıq lifi və pambıq ipliyinin ixracı azalıb

Cari ilin altı ayında 59,2 min ton pambıq lifi, 5940 ton pambıq ipliyi ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 138,6 milyon dollar, pambıq ipliyinin dəyəri isə 24,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında dəyəri 122,9 milyon dollar olmaqla 81,4 min ton pambıq lifi, məbləği 23,6 milyon dollar olmaqla 8417 ton pambıq ipliyi ixrac edilib.

Daha çox xəbərlər