Klipini “Youtube”dan sildi – Səbəbi təəccübləndirdi
Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov “Sana” adlı türk dilində ifalarından ibarət olan albomunu təqdim etdirərək, eyniadlı mahnıya klip çəkdirdiyi barədə xəbər vermişik. ARANTV.AZ xəbər verir ki, klip ifaçının öz istəyi ilə “Youtube”dan silib. O, bu barədə saytımıza məlumat verib. Seyran mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. Pop ulduz yeni şirkəti ilə işə başlamasını səbəb göstərib. Onu da bildirək ki, mahnının söz və musiqisi S.İsmayılxanovun özünə məxsusdur. Həmşinin klipin rejissoru Seyranın özüdür.

