Gündəm 

Yanvar-iyun aylarında idxal edilən buğdanın dəyəri 142,9 milyon dollardır

Cari ilin yanvar-iyun aylarında 400,7 min ton buğda idxal edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 142,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 102 milyon dollar olmaqla 401,5 min ton buğda idxal edilib.

Daha çox xəbərlər