Vətən Müharibəsi Qəhrəmanının oğlu hərbi xidmətə yollanır – VİDEO
Vətən Müharibəsi Qəhrəmanı Şəhid polkovnik-leytenant Faiq Qasımovun oğlu Zamin Qasımov hərbi xidmətə yollanır.
ARANTV.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Şəhid polkovnik-leytenant Faiq Qasımov həm də birinci Qarabağ döyüşlərində və aprel döyüşlərində iştirak edib. O, sentyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
F.Qasımov həmçinin ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

