Gündəm 

Altı ayda 68,7 milyon dollarlıq polietilen ixraca göndərilib

Yanvar-iyun aylarında Azərbaycandan 48,3 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 68,7 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin eyni aylarında 75,6 milyon dollarlıq 65,6 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Daha çox xəbərlər