Cəmiyyət 

Otel sektoru üzrə əldə olunan gəlir açıqlanıb

Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1% artaraq 147 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, gəlirin 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5%-i ictimai iaşə xidmətlərindən, 3,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4% səviyyəsində olub (2021-ci ilin yanvar-iyun aylarında 9%). Bu göstərici Şabranda 90%, Naftalanda 27%, Beyləqanda 26,7%, Qubada 26,5%, Ağcabədidə 19,6%, Bakıda 18,6%, Lənkəranda 17,6%, Sabirabadda 17,2%, Şuşada 17,1%, Qusarda 16,4%, Qəbələdə 16,4%, Göyçayda 12,8%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Daha çox xəbərlər