Region Xəbərləri 

Ucarda 11,7 min hektardan çox sahədən şum çıxarılıb

Ucar rayonunda payızlıq əkinlərə ciddi hazırlıq işləri görülür və hazırda hər yerdə mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə rayonda 15 min hektara yaxın sahədə payızlıq bitkilərin əkini proqnozlaşdırılır. Hazırda əkin aparılacaq sahələrdə hər gün orta hesabla 40-dan çox traktor işləyir. Artıq 11 min 700 hektardan çox sahədən şum çıxarılıb.

Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə qarşıdakı payızda daha çox taxıl əkiləcək Müsüslü, Yuxarı Şilyan, Boyat, Qazıyan və bir sıra digər ərazi vahidlərində şum çıxarılması daha mütəşəkkil davam etdirilir.

Daha çox xəbərlər