Region Xəbərləri 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən Müharibəsi qazisini ziyarət edib

26 iyul 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən Müharibəsi qazisi Məmmədov Xaliq Dərgah oğlunu ziyarət edib. Xaliq Məmmədov və ailə üzvləri ilə görüşən RİH başçısı onların gündəlik qayğıları ilə maraqlanmış, sosial vəziyyəti ilə yaxından tanış olmuşdur. Görüşün sonunda Xaliq Məmmədov və valideynləri qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Həmçinin digər Vətən Müharibəsi qazisi Mobil Novruzovun yaşadığı evin həyətində dezinfeksiya tədbirləri həyata keçirilib.

Daha çox xəbərlər