Ağdamda Vətən Müharibəsi qazisinin yaşadığı evin həyətində abadlıq və təmir işləri aparılıb
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun tapşırığı ilə Vətən Müharibəsi qazisi Novruzov Mobil Şahmar oğlunun yaşadığı evin həyətində abadlıq və təmir işləri aparılıb. Qazinin yaşadığı evə gələn yol texnika cəlb olunaraq təmir olunmuş, qum-çınqıl qarışığı döşənmiş, yol kənarında olan kol-kos təmizlənərək ərazi abadlaşdırılmışdır. Eyni zamanda Mobil Novruzovun yaşadığı evin həyətində giriş qapısı quraşdırılmış, ətrafına dəmir hasar çəkilmişdir. Həyətdə işıq dirəyi yenilənmiş, ev internet xətti ilə təmin edilmişdir. Hazırda evin həyətində hamam tikilməsi üçün hazırlıq işləri görülür.
Qeyd edək ki, RİH başçısı Vaqif Həsənov 15 iyul 2022-ci il tarixdə Vətən Müharibəsi qazisi Mobil Novruzovu ziyarət edib, ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır.






