Kabildə ürək dağlayan mənzərə: Ac insanların sonu görünməyən növbəsi – VİDEO
Əfqanıstan humanitar böhran yaşayır.
Paytaxt Kabildə hər gün minlərlə insan ərzaq yardımı almaq üçün sonu görünməyən növbələrə düzülmək məcburiyyətində qalır.
Yerli mətbuatın yazdığına görə, beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin ayırdıqları ərzaq yardımını almaq hər kəsə nəsib olmur.
Mənbə: Sputnik Əfqanıstan

