Azərbaycandan Rusiyaya göndərilən pomidorlarda virus aşkarlanıb
Severodvinsk və Arxangelskdə Azərbaycandan gətirilən təzə pomidor partiyasında karantin obyektləri (Tomato brown rugose и Pepino mosaic virus) aşkarlanıb.
ARANTV.AZ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, karantin obyektlərinə yoluxan məhsullara qarşı karantin fitosanitar tədbirləri görülüb.
Sahibkarların qərarı ilə məhsullar məhv edilib.

