Gündəm 

İctimai iaşə dövriyyəsi artıb

Cari ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 faiz artaraq 650,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə artaraq 322,1 milyon manat təşkil edib.

Daha çox xəbərlər