Toxuculuq, geyim, ayaqqabı sahələrində 272,8 milyon manatlıq məhsul istehsal edilib

Toxuculuq, geyim, ayaqqabı sahələrində 272,8 milyon manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-iyun aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 272,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 59 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 12,9 faiz artım, toxuculuq sənayesində 22,8 faiz azalma müşahidə olunub.