Dil sevgisi – ulu öndər örnəyi
Hər bir xalqın mənəvi dəyəri onun dilində özünü yaşatmaqla bu xalqın, bu millətin formalaşmasında özünü göstərən hühim amillərdən biridir.
Mənim dilim – Azərbaycan dili, mənim xalqımın təzahürü olaraq min illərin, min əsrlərin mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi yaşadan bir dildir.
Bu dildə “Vətən” kəliməsi, yurd kəliməsi, “ Qarabağ” kəliməsi öyrədildi. Bu dildə min illərlə mübarizələr aparıldı, qələbələr qazanıldı. Bu dildə olan ədəbiyyat dünyanı mat qoydu. Bu dildə olan musiqi başqa millətlərin də könlünü oxşadı, minlərlə məftunluq yaratdı.
Bu dil əsrlər boyu düşmənə boyun əyməməyi öyrətdi. Bu dil Dədə Qorqud dili olmaqla bərabər bu gün Mübarizlərin, Polad Həşimovların, Xudayarların da dilidir. Biz bu dildə hələ çox qələbələr qazanacaq, hələ nələr yaradacağıq.
Öz dilimizi sevməyi, onu qorumağı, yad ünsürlərdən mühafizə etməyi bu dildə danışmaqla fəxr etməyimiz azərbaycanlılara vəsiyyət edən ümumilli lider mərhum prezident Heydər Əliyev hər bir kəsi öz soykökünə bağlı olmağı öz əməlləri ilə sübut etdi. Hələ sağlığında Azərbaycan dilinin inkişafı, bu dilin ilk dəfə rəsmi status qazanmağı məhz onun adı ilə bağlıdır.
1978 –ci ildə Azərbaycan SSRİ – Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olan ulu, öndər öz dilində olan sabiqliyi sübut etdi.
“Hər bir xalqın milliliyini mənəvi dəyərini yaşadan, onu infişaf etdirən onu dilidir” deyən ulu öndər Azərbycan dilinin elmi şəkildə öyrənilməsi üçün dilçi alimlərin fəaliyyətinə geniş imkanlar açmış, elmi tədqiqat materiallarının və kitabların nəşrinə şərait yaradılmışdır.
Onun siyasi hakimiyyətə II qayıdışı zamanı milli dəyərlərimizin rəmzi olan Azərbnaycan dilinin saflaşdırlması istiqamətində ulu öndərin rolu inkaredilməzdir. Qəlbində millət, xalq, dil sevgisi olan ulu öndər; “Dilimiz çox zəngin və ahəngdar dildi; dərin tarixi köklərə malikdir. Şəxsən mən bu dildə danışmağımla fəxr edirəm” – deyərək onu həmişə üstün tutmuşdur.
2001-ci il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunması isə məhz onu fərmanı ilə hıəyata keçirilmişdir.
Bu gün ulu öndər davamçısı ölkə prezidenti İlham Əliyev bu ənənəni davam etdirərək dil məsələlərinə xüsusi diqqət yetirməkdədir. Azərbaycan dilində latın qrafikası kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 2004-cü il sərəncamı onun ana dilinə ehtiramı bariz nümunəsidir.
2013-cü il 9 aprel Azərbaycan dilinin istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramının təsdiq edilməsi ilə bağlı sərəncam da Azərbaycan dilinə olan qayğının göstəricisi kimi hər kəsi sevindirməkdədir. Böyük lider bu dildə öz xalqını mübarizəyə səslədi, bu dildə öz xalqı ilə qələbə qazandı və bu dili dünyaya tanıtdı. Sanki tarixə belə bir şüar yazdı: Dünyada Azərbaycan adlı qədim bir diyar var. Onun dili isə Azərbaycan dilidir.”
Pikə Əhmədova,
59 nömrəli tam orta məktəbin direktoru

