Ərzaq, içki və tütünün istehlak qiymətləri indeksi 118,4 faiz təşkil edib
Cari ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 112,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən aya nisbətən 99 faiz, ötən ilin iyun ayına nisbətən isə 120,6 faiz olub.

