Qobustan rayonunda cari ilin birinci yarısında 31 milyon 480 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aqrar sahədə istehsal olunan məhsulların 30 milyon 5 min manatı və ya 95,5 faizi heyvandarlıq məhsullarıdır.
Qeyd edək ki, kənd təsərrüfatı rayon iqtisadiyyatının aparıcı sahəsidir. Xüsusilə taxılçılıq və heyvandarlıq aqrar sahədə aparıcı yer tutur.
