Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu
Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul
etmişdir. Görüşdə Prezident İlham Əliyev, Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyin edildiklərini, onlara böyük etimad
göstərdiklərini, bu etimadı öz işləri ilə doğruldacaqlarına inandığını söyləyərək, ilk növbədə, rayonlarda vəziyyəti geniş təhlil olumasını və
mövcud nöqsanlar aşkar edib aradan qaldırılmasını tapşırmışdır. Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, kadr sahəsində də
Prezident İlham Əliyev uğurlu islahatlar aparması göz qabağındadır. Aparılan islahatlar göstərdi ki, respublikanın bütün rayonlarda regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsi olaraq mühüm işlər görülür, böyük infrastruktur layihələri icra edilir, əhalinin rifah vəziyyəti
yaxşılaşdırılır. Rayonlarda əhalinin elektrik enerjisi ilə təmin olunması, yol infrastrukturunun yenidən qurulması, içməli su layihələri həyata keçirilir və
müasir xəstəxanalar, tibb ocaqları, məktəblər tikilib əhalinin istifadəsinə verilir. Bununla bağlı Prezident İlham Əliyev çıxışında bildirdi ki, biz elə
infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi, xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı, mənim
göstərişimlə Lerikə qaz çəkildi, üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha
ciddidir, ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlarda, tapşırıq və tövsiyələrdə yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi günün ən vacib, aktual vəzifəsi kimi qarşıya qoyulmuşdur. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir. Aparılan islahatlar, görülən işlər Lerik rayonundan da yan keçməmişdir. Buna misal olaraq Lerik şəhərinin qazlaşdırılmasını, yeni su xəttinin çəkilməsini, yeni məktəblərin tikilməsini, yeni elektrik stansiyanın tikilməsini, yolların yenidən inşa edilməsini, turizm istirahət mərkəzlərinin tikilməsini, yeni yaşayış binalarının tikilməsini misal göstərmək olar. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr, yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir, vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi, mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu və Lerik rayonuna da turizm axını başlamışdır. Sonda Prezident İlham Əliyev yeni təyin olunan rayon İcra Hakimiyyəti başçılarına, bildirmişdir ki, mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm, əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz. Biz də öz növbəmizdə yeni təyin olunan rayon İcra Hakimiyyəti başçılarını Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatı adından təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri


