Region Xəbərləri 

Zərdabda yarım ildə 1600 baş cinsi yaxşılaşdırılan buzov alınıb

Zərdab rayonunda heyvandarlar mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Son vaxtlar bu sahədə uğurlu nəticələr əldə olunur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təkcə bu ilin birinci yarısında mütəxəssislər tərəfindən 3409 baş inək və düyə süni yolla mayalandırılıb. Yarım ildə 1600 baş cinsi yaxşılaşdırılan sağlam buzov alınıb. Bu il alınan buzovların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 366 baş çoxdur.

Qeyd edək ki, heyvandarlıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindədir və hazırda bölgələrdə təkcə iribuynuzlu mal-qaranın sayı 54 min 980 başa çatıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 132 baş artıqdır.

Daha çox xəbərlər