SON DƏQİQƏ- Bərdədə at əti satan tutulub VIDEO+FOTO
Bərdədə rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildq yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.
Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.Ət müayinə olunmaq üçün Laboratoriya göndərilib.
Qeyd edək ki, Rövşən Babayev 2019 çi ildə at əti satmaq üçün Bakıya apararkən tutulmuşdu.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi araşdırma aparılır.


