Özbəkistan, Türkiyə və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək
Özbəkistan, Türkiyə və Azərbaycan investisiyalar, innovasiya, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
ARANTV.AZ xəbər verir ki, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov deyib.
Onun sözlərinə görə, üç ölkənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin avqustun 2-də nəzərdə tutulan görüşü zamanı tərəflər regionlararası əməkdaşlığın inkişafı məsələləri müzakirə edəcək.
“Bu, tamamilə yeni mexanizmdir. Danışıqlar üç ölkə rəhbərləri arasında əldə olunmuşa razılıqlara uyğun olaraq təşkil edilir”, – deyə o bildirib.

