İdman 

Azarkeşlərin çempionluq sevinci faciə ilə bitdi – VİDEO

Liviyada ölkə çempionluğunu qeyd edən “Əl-İttihad Tripoli” klubunun yüzlərlə azarkeşi tribunaların çökməsi nəticəsində ağır xəsarət alıb.

Hələlik xəsarət alanların sayı açıqlanmayıb.

Qeyd edək ki, “Əl-İttihad Tripoli” artıq 18-ci dəfədir ki, futbol üzrə Liviya çempionatının qızıl medallarını qazanır.

Mənbə: İHA

Daha çox xəbərlər