Qazimizin qız övladı dünyaya gəldi – FOTO-VİDEO
Vətən müharibəsində ağır yaralanaraq iki ayağını itirən qazimiz Həsən Mehdiyevin Zəhra adlı qız övladı dünyaya gəlib.
ARANTV.AZ xəbər verir ki, bu barədə son zamanlar paylaşımlarıyla gündəmdə olan fintes məşqçisi Kamil Zeynallı özünün “İnstagram” səhifəsində yazıb.
“Zəhra bala, qədəmlərin mübarək olsun. Doğum evindən çıxarıb evlərinə apardıq.
Yaralanan gündən yanında olduğum və sevərək əziyyətini çəkdiyim, fəxr edərək dostluq etdiyim Həsənimiz, Allah səni daim xoşbəxt eləsin”, – deyə Kamil Zeynallı paylaşımında yazıb.
(Paylaşımdakı videoları izləmək üçün çevirin)







