Cəbhədən Xəbər 

Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI – YENİLƏNİB

Füzulidə minaya düşən minatəmizləmə şirkətinin əməkdaşlarının son vəziyyətləri açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəsarət alanlar bu gün saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

“1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hazırda hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir”.

11:28

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edilən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər