“Kişi də şortiklə gəzər?”- Vəkil Orxan Kəngərli
Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən kişilərin girişi qadağan olunub.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən vəkil Orxan Kəngərli məsələni hüquqi baxımdan şərh etmək istəməyib:
“Kişi də şortiklə gəzər? Bazarın sahibi düz edib. Hər şeyi qanunvericilik tənzimləməməlidir. Mən buna hüquqşünas kimi yox, mental Azərbaycan kişisi kimi münasibət bildirmək istəyirəm. Mən hüququ buna görə oxumamışam”.

