Gündəm 

Azərbaycan Prezidenti: Biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik

Badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Bu, böyük imkanlardır.

ARANTV.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanışlıq və “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında söyləyib.

Abşeron torpaqlarının zeytun və badam yetişdirmək üçün ən münbit torpaqlar olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik”.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir: “Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Daha çox xəbərlər