Siyasət 

Ermənistan unutmasın: Dəmir yumruq yerindədir!

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb və bu reallıq artıq dünya tərəfindən qəbul edilib. Postmüharibə dövrünün əsas məsələsi Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və yekun sülh müqaviləsinin imzalanmasıdır. Tarixi Zəfərdən sonra  Azərbaycan bölgədə və dünyada mövqelərini daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, ölkəmiz tərəfindən həyata keçirilən böyük layihələrə dünyada böyük maraq var. Bundan sonra əsas hədəfi yeni geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmaqdır. Yaxın perspektivdə açılacaq Zəngəzur dəhlizi ölkəmizin tranzit potensialını daha da artıracaq.  Təbii ki, bunun üçün bölgədə sülh və əməkdaşlığım olması çox vacibdir. Təəssüflər olsun ki, müharibədəki acı məğlubiyyətdən sonra belə Ermənistan hələ də öz bədxahlığından geri qalmır.

Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Azərbaycan danışıqların həyata keçirilməsi üçün müvafiq komissiya yaratsa da Ermənistan tərəfindən adekvat addım atılmayıb. Ölkəmiz ərazi bütövlüyünü bərpa edən qalib dövlət kimi müharibə səhifəsini çevirmək istəyir. Bu, bölgənin gələcək təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətlidir. Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı müsbət addımların qarşılığında Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesin reallaşmasına mane olur. Bununla bağlı dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər  Ermənistana ciddi mesajdır: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb.”

Ermənistan anlamalıdır ki, Azərbaycanın təklif etdiyi şərtlər əsasında danışıqlar aparmaq və müvafiq sülh müqaviləsini imzalamaq daha çox onlara lazımdır. Təkliflərimiz əbədi olaraq masa üzərində qalmayacaq.

Azərbaycan həm  10 noyabr Bəyanatında, həm də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirir, lakin Ermənistan öhdəliklərini yerinə yetirmir. Bu isə Ermənistana baha başa gələ bilər. Ermənistan unutmasın: Dəmir yumruq yerindədir!

Daha çox xəbərlər