Şəhər rəhbəri sakinlərlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılaraq, müvafiq tədbirlər görülüb.
“Açıq mikrofon” şəraitində baş tutan görüş Gəncə Dünya Məktəbində keçirilib. Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçən görüşdə şəhid ailələri və Vətən mühəribəsi işirakçıları üstünlük təşkil ediblər.
Görüşdə iştirak edən sakinlərin, habelə şəhid ailələri və Vətən mühəribəsi işirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi, işlə təminat və digər məsələlər təşkil edib.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və müavinləri tərəfindən sakinlərlə keçirilən bütün görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.






