“Hraparak”: Azərbaycan tərəfi sentyabrın 1-dək vaxt verib
“Rusiya sülhməramlıları ilə azərbaycanlılar arasında aparılan danışıqlar nəticəsində Azərbaycan tərəfi Ermənistan tərəfinə sentyabrın 1-dək vaxt verib”
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrə görə, tələbə əsasən Laçının üç kəndinin erməni sakinləri (qanunsuz məskunlaşdıqları – red.) yaşayış məntəqələrini tərk etməli, Ermənistan tərəfi alternativ yol barədə addımlar atmalıdır.
“Əldə etdiyimiz məlumata görə, mühüm hərbi əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi də düşmənin nəzarətinə keçib”, – deyə “Hraparak” əlavə edib.

