Hadisə 

Azərbaycanda jurnalisti döyüb, çənəsini sındırdılar – RƏSMİ AÇIQLAMA

“Realxeber” saytının əməkdaşı Rafiq Məmmədov tanımadığı şəxslər tərəfindən döyüldüyünü iddia edir, bu barədə o anews.az saytına müraciət edərək bildirib.
“Avqustun 1-də Göyçayda Çərəkə kəndində dostlarımla birgə yemək yediyim zaman üç nəfər tanımadığış şəxs yaxınlaşaraq məni döyüb. Bununla bağlı Göyçay polis bölməsinə şikayət də etmişəm. Məndə olan məlumata görə şübhəli şəxslər izahatı alınaraq buraxılıb. Ekspertiziya rəyi də döyüldüyümü və çənə  sümüyünün sındığını təsdiqləyir. Həyatım və yaxınlarımın həyatı təhlükədə ola bilər. Həmin şəxslərin tez bir zamanda cəzalandırılmasını istəyirəm”, deyə jurnalist bildirib.
Daxili İşlər Nazirliyinin Göyçay Regional İdarəsindən bildirilib ki, Göyçay rayon Polis şöbəsində müvafiq qaraşdırma başlanılıb. Espertiziya təyin olunub. Ekspertiziya rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Gülnar Nazimqızı

Daha çox xəbərlər