İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Prezident, həmçinin avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini də qəbul edib.

