Laçın rayonunda şəhid olan daha bir hərbiçimizlə vida mərasimi keçirilir -FOTO
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.
Müsavat TV-nin əməkdaşının verdiyi məlumata görə, şəhid hərbiçimizlə vida mərasimi doğulub boya-başa çatdığı ata evində- Ağstafa rayonunun Xətai kəndində başlayıb.
Vida mərasimində şəhidimizin dostları, hərbiçi yoldaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edir. Hərbiçimiz şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Xatırladaq ki, məlum hadisə zamanı Xudiyev Samir Səməd oğlu da həyatını itirib. Hər iki hərbiçimizə şəhid statusu verilib.





