Azərbaycanda Aşura ilə əlaqədar tədbirlərə heç bir maneə yoxdur
“Azərbaycanın hər yerində məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.
ARANTV.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər:
“Gördüyünüz kimi qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu bir daha onu göstərir ki, Azərbaycanda olan bütün dindarlar arasında heç bir məzhəb ayrıseçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”.

