Dünya 

Ermənistanda 19 yaşlı əsgər silahı ilə özünü vurub

Avqustun 9-da Ermənistanın şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin atəş mövqeyində müddətli həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçu, 2003-cü il təvəllüdlü sıravi Erik Armenoviç Karsayanın üzərində güllə yarası olan meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İstintaq Komitəsi çağırışçı əsgərin ölümü ilə bağlı cinayət işi açıb

İlkin məlumata görə, Erik Karsayan özünə avtomatından atəş açıb. O, xəstəxanaya aparılıb və orada öldüyü bildirilib.

Mənbə: Sputnik Armenia

Daha çox xəbərlər