12 avqust 2022-ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində Beynalxalq gənclər gününə həsr olunmuş tədbir keçirildi.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova torpaqlarımızın bütövlüyü uğrunda canın qurban vermiş Şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etmeyi təklif etdi. Sonra A.Əhmədova məruzə ilə çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev demişdir.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri
onun həm bu günüdür, həm də sabahıdır, ümididir”
12 avqust Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, beş dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.Sonra Bərdə GİKM-in direkotor əvəzi Orxan Fəxrəddinov çıxış edərək bildirdi ki,Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.Bərdə rayon Heydər Əliyev Mərkəzin bələdcisi Yaqub Vəliyev çıxış edərək bildirdi ki,Dövlətimizin başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. İndi bu proqram əsasında minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.Sonra Bərdə GİKM-ın könüllüləri Fidan Fərzəliyeva və Arzu Musatafayeva çıxış






