Dünya 

İrəvandakı partlayışın təfərrüatları məlum olub – YENİLƏNİB + FOTO/VİDEO

İrəvandakı partlayışın təfərrüatları məlum olub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.

Mənbə: TASS

14:17

İrəvanda partlayış olub.

Məlumata görə, hadisə “Surmalu” ticarət mərkəzində qeydə alınıb.

Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

 

Daha çox xəbərlər