Gündəm 

Laçında yanan erməni xisləti…

Tarixən qonşu ölkələrin torpaqlarına göz dikən erməni şovinizminin təşkilatçıları və daşıyıcıları, zaman- zaman rüsvaycasına məğlubiyyətlə qarşılaşsalar da öz çirkin niyyətlərindən əl çəkmirlər.

Zaman dəyişir, svilizasiyalar bir- birini əvəz edir amma, erməni düşüncəsi dəyişmir. Bu milləti idarə edən xarici qüvvələr yalnız və yalnız bədbəxtliyə, rəzalətə sürükləyirlər. 30 ilə yaxın Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan cinayətkar rejimin qanunazid əməlləri sonda Ermənistan üçün ciddi problemə çevrildi. 44 günlük müharibədə Azərbaycan Ordusu işgalçı ermənistan ordusunu darmadağın etdi. Bununla da fantaziyalara söykənən erməni mifi puç oldu, tarixin zibilliyinə atıldı. Ancaq, təəsüflər olsun ki, erməni xisləti, bəd niyyəti tükənmir, bitmir.

Laçından çıxmağı hər vəclə yubatmaq istəsələr də Azərbaycan Prezidentinin qətiyyəti və iradəsinin qarşısında tab gətirə bilməzdilər.

İşğalçı ölkəyə ən tutarlı cavabı da cənab Prezident verdi.

Prezident İlham Əliyev bir daha Ermənistana götürdüyü öhtəliyi xatırlatdı:”10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”

Həmçinin cənab Prezident ermənilərin bu günkü əməllərinin beynəlxalq hüquqa zidd olduğun bildirdi:” Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”

Bu gün Laçından çıxan erməni 30 il əvvəl düşünməli idi ki, başqasının torpağını zəbt edib yalnız bir müddət orada yaşaya bilər. 30 il səksəkədə yaşayıb bu gün fəryad qoparan riyakarlar evləri, şəhəri, kəndləri, təbiəti belə yandırmaqdan çəkinmədilər.

Biz doğma yurdumuzu daha da gözəl bərpa edib quracağıq, buna dövlətimizin yetərincə gücü, soydaşlarımızın tükənməyən əzmi var.

Yanan isə erməni şovinizmi, erməni xisləti, bir də o bədbəxt millətin başına min bir oyun gətirən ermənipərəstlərin puç olan arzularıdır.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Daha çox xəbərlər