Azərbaycanda DƏHŞƏT: Suqızdırıcı partladı, qadın yandı
Ağdaş rayonunda qadın yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Yuxarı Ağcayazı kəndində qeydə alınıb.
Belə ki, Hüsniyyə Rəhimova suqızdırıcını işə salarkən cihaz partlayıb və o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

