Ağcabədidə ağır qəza – Ölən var
Bu gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun Şahsevən kəndində “QazEl” markalı yük maşını ilə “Vaz 2121-Niva” markalı minik avtomobili toqquşub.
Nəticədə 1958 təvəllüdlü Araz Qədirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

