Yollar rahat olsa da…
Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq bir sıra bölgələrdə tikinti-quruculuq işləri aparılıb. Müasir standartlara cavab verən avtomobil yolları çəkilib. Ucqar dağ kəndi olan Lerikdə də rahat yollar inşa olunub.
Rahat yollardan kənd əhalisi istifadə edə bilmir. Rayonda ictimai nəqliyyat yoxdur, camaat rayon mərkəzinə, eləcə də ətraf kəndlərə getməkdən ötrü ara sürücülər müraciət etməli olur. Onlar da xidmətə görə sərnişinlərdən 1 manat əvəzinə, 10-15 manat pul alırlar. Sanki dövlətin ətək-ətək pul xərclədiyi yol onlara məxsusdur.
Bu səbəbdən məhdud maddi imkanlı insanlar əziyyət çəkirlər. Vaxtı ilə başqa yerlərdə olduğu kimi, Lerik rayonunda da ictimai nəqliyyat fəaliyyət göstərirdi. Qiymətlərdə münasib idi. Necə ki, sovet dağıldı kəndlərə işləyə bütün avtobuslar yığışdırıldı. Həmin nəqliyyat vasitələrin haraya satılması indi də sirr olaraq qalır. Bu o qədərdə rayon sakinlərini marağında deyil. Camaat kəndlərə avtobus xətlərinin yenidən bərpasını istəyir. Hələlik bu ciddi problem lerikliləri narahat etsə də, onların dərdinə qalan tapılmır.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

