Hadisə 

Beyləqanda avtomobil aşıb, sürücü ölüb

Beyləqanda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Novruz Qasımov VAZ-21150 markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yoldan çıxaraq aşıb. Nəticədə Novruz Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha çox xəbərlər