Son illər Azərbaycan Qazaxıstan əməkdaşlığı daha strateji və intensiv xarakter alıb.
Azərbaycan və Qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. İki ölkə arasındakı münasibətlər ulu öndər ümumilli lider Heydər Əliyevin dövründən başlayıb. Belə ki, hər iki dövlət başçıları 1996-2002-ci il ərzində müxtəlif tarixlərdə görüşlər keçirmiş, Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivni müzakirə etmiş, həmçinin tərəflər arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra sənədlər imzalamışlar. Prezident İlham Əliyevin səyi nəticəsində bu əməkdaşlıq daha strateji və daha intensiv xarakter alıb. 2004-cü ildən bu günə qədər Qazaxıstan-Azərbaycan münasibətləri həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq formatında qurulub. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. İqtisadi əlaqələrlə yanaşı mədəni əlaqələr də inkişaf edib. Belə ki, Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Əlaqələr bu gün də sürətlə davam etdirilir. Buna görə də Kasım Jomard Tokayevin ölkəmizdə rəsmi səfərdə olması təsadüfi hadisə deyil. Səfər zamanı ikitərəfli bəyanatın imzalanması Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmləndirilməsi yolunda atılan addımlardandır. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Hər iki ölkə qarşılıqlı şəkildə hər zaman bir-birinin yanında olmuşdur. Belə ki, xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, ölkəmizin haqlı mübarizəsini dəstəkləmişdir. Məhz bunun nəticəsidir ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qarşı sevgi və ehtiramın göstəricisi kimi qiymətləndirilir. Bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı

