Laçında FHN-in 9 texnikası, 46 nəfər şəxsi heyəti xidmət göstərir
Hazırda Laçında Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və 46 nəfər şəxsi heyəti xidmət göstərir.
ARANTV.AZ xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

