Müttəfiq dövlətlər üçün yeni səhifə açılır
Ortaq soykökü, eyni mədəni nə dini dəyərləri bölüşən Qazaxıstan və Azərbaycan əlaqələrinin kökü dərindir. Diplomatik münasibətlərin 30 ilinin tamamında isə hər iki dövlətin regional münasibətləri daha da dərinləşməyə başladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri tərəflərin ikitərəfli münasibətlərini inkişaf etdirilməsin də xüsusi rol oynamışdır. 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə arasında iki dövlət arasındakı münasibətlər daha da möhkəmləndirilib. Hər yerdə bu iki dövlətin nümayəndələrinin qarşılıqlı şəkildə fəaliyyətdə olması beynəlxalq səviyyədə fəal əməkdaşlığın daimi olacağının göstəricisidir. Qazaxıstan ilə Azərbaycan arasındakı görüşlər və danışıqlar yaxın gələcəkdə iqtisadi-ticari münasibətlərin inkişafına təkan verəcəkdir. Təsadüf deyil ki, ölkələr arasındakı ticarət dövriyyəsi cari ilin birinci rübündəki inkişaf keçən ilə nisbətən 3 dəfə artmışdır. Bu münasibətlərin inkişafı əmtəə dövriyyəsinin artmasına da təkan verəcəkdir. Qazaxıstan prezidentinin Azərbaycana son rəsmi səfəri zamanı aparılan müzakirələrdə hər iki dövlətin investisiya sahəsində də böyük prespektivlərin və birgə investisiya layihələrdə iştirak üçün geniş iqtisadi potensiala malik olduğu müəyyənləşdirilmişdir. Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Bu məsələ “Samruk-Karzına” Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyevin Azərbaycana səfəri zamanı rəsmi görüşlərdə müzakirə olunub. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək. İkitərəfli əməkdaşlıqla müttəfiq dövlətlər üçün yeni səhifə açılır. Ölkə prezidentləri arasında 20-dən artıq sənəd imzalanması qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı

