Yaşatmaq naminə
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Mərkəzi Xəstəxanası publik- hüquqi şəxsin təşkilatçılığı ilə Mərkəzi Xəstəxanada könülü qanvermə aksiyası keçirildi. İcra hakimiyyəti başçısı Əkbər Abbasov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qatıldılar. Xəstəxanaya qan verməyə gələnlərin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sağlamlığı yoxlandıqdan sonra 88 nəfər rayon sakinindən qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq müxtəlif qan xəstəlikdən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlərlə söhbət zamanı qan xəstəlikdən əziyyət çəkənlər, o cümlədən uşaqlar üçün könülü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







