Cəmiyyət 

AZƏRBAYCANXALQ CÜMHURİYYƏTİNİNİLK HƏRBİ NAZİRİ XOSROV BƏY SULTANOV

Təxminən 120 ilədək davam  edən   Rusiya  əsarətindən  xilas  olan  Azərbaycan  xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlət yaratmağa müvəffəq oldular. Azərbaycan Xalq Cümhuriyyəti Azər­baycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində özsiyasihaki­miy­yətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər.1918-ci  ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə  dövlət səviyyəsindədinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli-dini  abidələr dağıdılmışdır. Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etmişlər. 1919-cu il yanvarın 15-də Milli Şuranın  iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edilmişdir.

Xosrov bəy Sultanov  1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur.Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış Xosrov bəy1918-ci ilin 28 mayında Müsəlman  Şərqində ilk  dəfə olaraq  Azərbaycan  ərazisində  demokratik dövlət olan  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından  və İstiqlal bəyannaməsinə imza atan 26ictimai-siyasi xadimdənbiriolmuşdur.  O, Xalq Cumhuriyyətinin həmin güntəşkil edilmiş birinci hökumət kabinetində  hərbi nazir postunu tutmuş və  Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli Xan Xoylunun təşkil etdiyi 2-ci hökumət kabinəsində  əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik etdiyi kabinədə Xosrov bəy Əkinçilik və dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.

1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə  dövlət səviyyəsində azərbaycanlılara qarşı  soyqırımı siyasətini  həyata keçirməyə başlamışdır. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 29  yanvar 1919-cu il  tarixli qərarı ilə Şuşa, Zəngəzur,  Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunun təsis edilməsi və Xosrov bəy Sultanovun  general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılanmışdır.  Çünki, Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən  təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Bu qardaşların ermənilərə qarşı mübarizə apardığını yaxşıbilən ermənilər,  erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edərək öz narahatlıqlarını bildirmiş, hətta onlar Qarabağgeneral-qubernatorluğunun ləğv olunmasıüçün xarici havadarlarından kömək istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə  etməsininyolverilməzolduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskiyə ünvanlamışdır. Həmin  təcili  diplomatik  məlumatda  qeyd  edilirdi:                         “Ermənistan  hökumətinə  bildirin  ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X. Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi  olan Şuşa, Zəngəzur, Cəbrayıl və  Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı  tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin  Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilirvəbununmüzakirəsinə yol verilmir. Şuşa  rayonunda  baş  vermiş  iğtişaşlaragəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlərnəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına  düşmüşdür.”

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən  ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqıbilgiləndirdiyi 1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar”.

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.

X.Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə  öz fəaliyyətlərini  davam  etdirməsinə  baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər  nəticəsində  erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün  oldu. Lakin 1919-cu il  martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı geri aldı.

X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı.

Həmin mübarizənin nəticələrindən biri  idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı  irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan  hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər  nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib  hissəsi olduğunu qəbul etdilər. 2  sentyabr  1919-cu  il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün  davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq  hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll  etməkistədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir:  mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və  müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə  alaraq  Qarabağ ermənilərinin  VIIqurultayının15 avqust 1919-cu il tarixli iclasında Azərbaycan  Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar  qəbul  edildi. 26  bənddən  ibarət  həmin  müqavilədə  qeyd  edilirdi: “Qarabağın,Şuşa,Cavanşir  və  Cəbrayıl  qəzalarının  dağlıq  hissəsində  məskunlaşmış  ermənilərözlərinin  Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğunəzdində  6 nəfərdən: üç erməni və üç  müsəlmandan  ibarət şura  təsis   edilir. Millətlərarası xüsusiyyətlərə malik bütünprinsipial məsələlər əvvəlcə  şurada  müzakirə  edilmədən  həyata  keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli  şurasının fəaliyyətinə  müvəkkil  edilmiş  ermənilər  vasitəsilə  nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış  müsəlman  və erməni kəndlərinin tezliklə bərpa edilməsi  işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi. VII  erməni  qurultayında  Qarabağ  ermənilərinin  nümayəndələri  Azərbaycan  hökumətinin  hakimiyyətini  tanımaq  barədə  general-qubernator  Xosrov  bəy  Sultanovla  saziş  bağladılar. Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunmasıistiqamətində mühüm tədbirlər həyata keçirdi.  Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağıhakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, “İttihad” partiyasının liderlərindən biri kimi partiyanınxarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.1936-cı ildə Türkiyəyə qayıdan  AXC-nin ilk hərbi naziri və Qarabağın ilk və sonuncu general-qubernatoru Xosrov bəy Sultanov ömrünün son illərində İstanbulda yaşamış, 1943-cü il yanvar ayının 7-də orada dünyasını dəyişmişdir

Lətafət Beybutova Ələsgər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

 

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

 

Daha çox xəbərlər