” QUBADLI ” BALI SATIŞA ÇIXARILACAQ!
Bu il işğaldan azad edilmiş Qubadlı rayonuna köç edən arıçıların balı satışa çıxarılacaq.
Bu barədə ARANTV.AZ -ın sorğusuna cavab olaraq ABAD-dan məlumat verilib. Bildirilib ki, bal mövsümün sonunda satışa çıxarılacaq: ““Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev 2018-ci ilin noyabr ayından “ABAD”çıdır. “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə onun “Qarabağlı” brendi altında bir neçə növ balları və arıçılıq məhsulları satışa çıxarılır. Aprelin 26-da Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirildi. Bu köçün nəticəsi ilə bu mövsümün sonu “ABAD” Bakaleyalarında “Qarabağlı”nın “Qubadlı” balı satışa çıxarılacaq”.