Hadisə 

Şirvanda beşinci mərtəbədən yıxılan körpənin son durumu açıqlandı – YENİLƏNİB

Şirvan Rayon Mərkəzi Xəstəxanası beşinci mərtəbədən yıxılan azyaşlı barədə məlumat verib.

Xəstəxanadan Oxu.Az-a bildirilib ki, körpə reanimasiyaya yerləşdirilib:

“2020-ci təvəllüdlü azyaşlı bu gün 12:30 radələrində açıq kəllə-beyin travması diaqnozu ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Bütün zəruri tibbi xidmət göstərilib. Hazırda Reanimasiya şöbəsində həkimlərin nəzarətindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir”.

13:12

Şirvan rayonunda körpə yıxılıb.

ARANTV.AZ-ın məlumatına görə, Ömər Səmədov beşinci mərtəbədən yıxılıb.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər