Muxtar respublikad kənd təsərrüfatı məhsulları istehsalı 3,4 faiz artıb
Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 279 milyon 683 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
ARANTV.AZ-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində diri çəkidə ət istehsalı 15257 ton, süd istehsalı 63370 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 7,9 faiz, süd istehsalı isə 1,5 faiz artıb.

