Gündəm 

İmzalanmış sənədlər iki qardaş dövlət arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldəcək

Azərbaycan Respublikasının dünyanın nüfuzlu beynəlxalq təşkilatları və ayrı – ayrı dövlətləri ilə əlaqələri durmadan genişlənir. Istər siyasi, istər iqtisadi və istərsə də hərbi sahədə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında  ardıcıl iş aparılır.  Azərbaycanda tam müstəqil xarici siyasət həyata keçirilir. Digər sahələrdə olduğu kimi beynəlxalq münasibətlərdə də Azərbaycan dövlətinin və xalqının maraqları önəm kəsb edir. Dövlətimizin və xalqımızın maraqlarının ziddinə  olan heç bir addım atılmır.  Kənar qüvvələr tərəfindən Azərbaycan dövlətinin əlehinə atılmış istənilən addıma cavab verilir. Cənab Prezident İlham Əliyev müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə qeyd etmişdir ki, Azərbaycan tam müstəqil dövlətdir və heç kim Azərbaycanla təzyiq dilində danışa və öz maraqlarını diqtə edə bilməz-Azərbaycan qarşılıqlı hörmət prinsiplərinə üstünlük verir və Azərbaycan dövlətinin çıxarlarına uyğun beynəlxalq münasibətlər qurulur.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanla Türk Dövlətləri Birliyinə daxil olan dövlətlər arasında münasibətlər ən yüksək səviyyəyə qaldırılaraq yeni güc mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edilir. Cənab prezidentin Özbəkistana səfəri və səfər zamanı imzalanmış mühüm sənədlər iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Hər iki dövlətin yaratdığı dövlətlərarası komissiyaların ayda bir dəfə ölkə başçılarına göndərdikləri işlər barədə məlumat təqdim etmələri , dövlət başçılarının ikili münasibətlərə necə önəm verdiklərini göstərir.  Qazaxıstan Prezidenti cənab Kasum Jomərt Tokayevin Azərbaycana rəsmi səfəri  və səfər zamanı keçirilmiş tədbirlər  və imzalanmış sənədlər iki qardaş dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu təsdiq etməklə yanaşı , yaxın gələcəkdə bu münasibətlərin daha da üstün səviyyəyə yüksələcəyini bir daha təsdiq etmiş oldu. Qazaxıstan dövlətinin ən yüksək ödülünü cənab Prezident İlham Əliyevə təqdim edilməsi, iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, Qazaxıstan karbohidrogen ehtiyyatlarının  Azərbaycan üzərindən dünya bazarına çıxarılması, Azərbaycanın malik olduğu loqistik imkanlardan istifadə olunması hər iki dövlət arasında mal dövriyyəsinin artırılması yolu ilə qardaş dövlətlərin iqtisadi qüdrətinin artırılmasına mühüm töhvə verəcəkdir.

Cənab Prezidentimizin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanın daha sürətlə inkişafına və təhlükəsizliyinə yeni imkanlar yaradır.

Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri

Daha çox xəbərlər